Azərbaycanda daha 3 federasiyanın statusu dayandırıldı

İDMAN
21:29 / 28.04.2022
1514

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

HİT.az xəbər verir ki, iclasda, ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi barədə xüsusi komissiyanın arayışı müzakirə edilib. “Azərbaycan Atletika Federasiyası” İB, “Azərbaycan Ağır Atletika Federasiyası” İB, “Azərbaycan Basketbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, "Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası", “Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və “Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Qeyd edək ki, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 20-yə çatıb. Ümumilikdə, 22 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

0