Futbol agenti Mino Rayolanın vəfat etməsi rəsmiləşib

İDMAN
19:25 / 30.04.2022
1474

Tanınmış futbol agenti Mino Rayola uzun sürən ağciyər xəstəliyindən sonra 54 yaşında dünyasını dəyişib. Bu barədə agentin ailəsi məlumat verib.

Bir müddət əvvəl xarici media uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən və hətta üzərində cərrahiyyə əməliyyatı keçirilən Rayolanın ölüm xəbərini yaymışdı. Daha sonra Rayolanın köməkçisi, sonra isə özü medianın iddialarını təkzib etmişdi.

Rayola Avropada 20-dən çox tanınmış futbolçunun maraqlarını təmsil edib ki, onların arasında “Paris Saint-Germain” və İtaliya millisinin qapıçısı Canluici Donnarumma, “Borussia Dortmund”un norveçli hücumçusu Erlinq Haaland, Milanın isveçli hücumçusu Zlatan İbrahimoviç, “Yuventus”un niderland müdafiəçisi Matteys de Liqt, “Mançester Yunayted”in və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba kimi ulduzlar var.

0