"Ölkə xaricində çalışmaq barədə maraqlanmamışam. Mənim üçün vacib olan "Qarabağ"dır.
Hit.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Ağdam təmsilçisi ilə yeni 3 illik müqavilə bağlamasına münasibət bildirib. O, "Qarabağ"ı xarici klublara dəyişmək barədə düşünmədiyini vurğulayıb: "Qarabağ"ın dəyəri daha böyükdür, nəinki digər istənilən klubun. Adlı-sanlı klub olsa belə. Hansısa klubu çalışdırmaq haqda düşünmürəm. Yaxın gələcəkdə ancaq "Qarabağ"ı fikirləşirəm".
Çalışdırıcı həmçinin yarımmüdafiəçi Patrik Andrade və qapıçı Luka Quqeşaşvili ilə yeni müqavilə üzəridə danışıqların davam etdiyini bildirib.