Azərbaycan əsilli daha bir boksçu İrəvanda keçirilən Avropa çempionatında erməniyə qalib gəlib.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov Bareqam Harutyunyana tam üstünlüklə qalib gəlib - 5:0.
Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsindəki ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyandan güclü olub - 3:2.