İDMAN
08:13 / 06.06.2022
422

Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazandı

Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.

Trend xəbər verir ki, kişilərdən ibarət milli komandamız Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinal oyununu keçirib. Lüksemburq basketbolçuları ilə qarşılaşan yığmamız oyundan 15-13 hesabı ilə qalib ayrılıb və adını turnirin finalına yazdırıb. Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb və meydançadan 20-16 hesabı ilə qalib ayrılıb. Bununla da, yığma komandamız sentyabrın 9-11-də Avstriyanın Qratz şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, millimiz basketbolun 3x3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.

0