15:32 / 15.06.2022
897

Konfrans Liqası: \"Neftçi\", \"Zirə\" və \"Qəbələ\"nin rəqibləri müəyyənləşdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

HİT.az xəbər verir ki, püşkatmada Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən, "Qəbələ" bu raundda "Fehervar” (Macarıstan) ilə üz-üzə gələcək. "Zirə" İsrailin "Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq. "Neftçi" isə "Aris”ə (Kipr) rəqib olub.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

0