"Qalatasaray" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az "O Joqo"ya istinadən xəbər verir ki, "sarı-qırmızılılar" "Benfika"nın isveçrəli hücumçusu Haris Seferoviçlə danışıqlar aparır.
30 yaşlı forvard Lissabon klubunu tərk etmək niyyətindədir.
Qeyd edək ki, İsveçrə millisinin üzvü keçən sezon Portuqaliya təmsilçisi ilə 15 oyunda 5 qol və 3 məhsuldar ötürmə edib.