Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəldi

19:19 / 07.07.2022
878

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutan "Lex" - "Qarabağ" oyununda (1:0) xəsarət alan Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib.

Fanat.Az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, müayinə zamanı qapıçının zədəsinin ciddi olmadığı üzə çıxıb.

Həkimlər Ağdam təmsilçisinin qolkiperinin komandanın sabah keçiriləcək məşqində iştirak edə biləcəyini deyiblər.

Qeyd edək ki, "Qarabağ" - "Lex" qarşılaşması iyulun 12-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0