“Neftçi” Konfrans Liqasında darmadağınla mərhələ adladı

İDMAN
23:00 / 28.07.2022
800

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

HİT.az xəbər verir ki, Bakı klubu Kipr təmsilçisi “Aris”i mübarizədən kənarlaşdırıb.

II təsnifat mərhələsinin səfərdəki ilk qarşılaşmasında gözlənilmədən 0:2 hesabı ilə uduzan Laurentsiu Regekampfın yetirmələri “Baksell Arena”da kambekə imza atıblar. İlk yarıda Qodsvey Donyonun qolu ilə azarkeşlərini ümidləndirən “Neftçi” fasilədən sonra darmadağını rəsmiləşdirib.

Öncə Eddi İsrafilov, ardınca Kenni Sayef də kiprlilərin qapısına yol tapıb. Bu böyükhesablı qələbə paytaxt təmsilçisini III təsnifat mərhələsinə daşıyıb.

Qeyd edək ki, bakılıların rəqibi “Rapid” – “Lexiya” duelində müəyyənləşəcək. Növbəti raundun görüşləri avqustun 4-də və 11-də baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

28 iyul
“Neftçi” (Azərbaycan) - “Aris” (Kipr) 3:0

Qollar: Qodsvey Donyo, 38. Eddi İsrafilov, 57. Kenni Sayef, 62.
Qırmızı vərəqə: Morqan Braun, 82
“Neftçi”: 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 8.Emin Mahmudov (k), 14.Eddi İsrafilov, 23. Ataa Caber, 5.Kenni Sayef, 24.Yusuf Laval, 11.Qodsvey Donyo
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 93. Rza Cəfərov, 7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82.Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf
“Aris”: 1. Vana, 8. Morqan Braun, 20. Stiv Yaqo, 31. Frants Brorsson, 13. Delmiro Evora Naşimento (k), 3. Kayu, 21. Mixlali Mayambela, 37. Julius Szoke, 14. Artur Yannik Qomis, 27. Martin Sloqar, 7. Leo Benqtsson
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 30. Aleks Mussunda, 9. Daniel Sikorski, 65. Yanis Dede Lomme, 58. Yevgeni Yablonski, 72. Floriss Djave, 80. Şavi Uorren Babiçka
Baş məşqçi: Aleksey Şpilevski
Baş hakim: Bastian Donkert (Almaniya)
 Bakı. “Bakcell Arena”
İlk oyun – 0:2

0