AFFA rəsmisi "Anderlext"in oyununa təyinat alıb

İDMAN
10:10 / 30.07.2022
1235

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Hit.az xəbər verir ki, o, Estoniyada "Payde" ilə Belçanın "Anderlext" komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, Tallin şəhərindəki görüş avqustun 3-də olacaq.

0