"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
HİT.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində Ağdam təmsilçisinin pley-off-dakı potensial rəqibləri məlum olub. "Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda "Şerif” (Moldova) – "Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü evdə oynayacaq.
"Qarabağ" komandasının Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri də müəyyənləşib.
"Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyə bilməsə, növbəti raundda "Şamrok Rovers" FC (İrlandiya) - "Şkupi 1927" (Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
İlk oyunlar 18 avqustda, cavab görüşləri 25 avqustda olacaq.