Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi, yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib.
Fanat.Az xəbər verir ki, əslən cənubi azərbaycanlı olan 28 yaşlı pəhləvan şəxsi "Instagram" səhifəsində paylaşım edərək Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib:
"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq. Bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıram".
O, fikirlərini Bəxtiyar Vahabzadənin "Bayraq" şeirindən bu misralarla tamamlayıb:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim.