Fransa klubu erməni futbolçunu Bakıya gətirəcək?

İDMAN
13:29 / 27.08.2022
2054

Fransanın "Nant" klubunun erməni əsilli futbolçusu Qor Manvelyan "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından birini buraxacaq.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la matç üçün Azərbaycana gəlməyəcək.

Qeyd edək ki, Qor Manvelyan Fransanın U-17 və U-19 yığmalarında çıxış edib.

0