Azərbaycan idmançıları Afinada 3 qızıl medal qazandı - FOTO

İDMAN
17:06 / 15.11.2022
780

Yunanıstanın Afina şəhərində uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir.

Qaynarinfo xəbər verir ki, yığmamızın gənclərdən ibarət üzvləri Bahadur Əhmədov (60 kq), Raul Qasımzadə (52 kq), kişilərdə isə Kənan Həsənli (85 kq) qalib gələrək, Sanda üzrə birinci yeri tutublar.

İdmançıların məşqçisi Yaqnəliyev Təmraz Kamil oğludur. 

Təmraz müəllim bildirib ki, idmançıları hər il dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda yüksək nəticə göstərərək Azərbaycan bayrağını dalğalandırırlar. 

Qeyd edək ki, dünya çempionu olan  Yaqnəliyev Təmraz 13 ildir ki, müəllimlik fəaliyyəti göstərir.

0