Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-21 millimiz bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.
Hit.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv isveçli həmyaşıdları ilə qarşılaşıb və 1:8 hesabı ilə uduzub. Millinin heyətində Mustafa Yıldırım (44-cü dəqiqə) fərqlənib.
Xatırladaq ki, üç gün öncə yığmamız Macarıstanın U-21 komandasına 0:3 uduzub.