Dünya çempionatının qrup mərhələsində keçirilən Portuqaliya-Uruqvay oyununda Kriştianu Ronaldo ilə Bruno Fernandeşin səmimi görüntüləri gündəm olub.
HİT.Az xəbər verir ki, ilk qolun vurulmasında iştirak edən futbolçular qol sevincini birlikdə qeyd edib.
Onların bu sevinci böyük müzakirələr yaradıb.
Qeyd edək ki, Kriştianu Ronaldo ilə Bruno Fernandeşin DÇ-dən öncə hazırlıq zamanı bir-biri ilə münasibətlərinin pis olduğu barədə xəbər yayılmışdı. Buna həmçinin soyunub-geyinmə otağında Brunonun Ronaldonun salamını almamsı da səbəb kimi göstərilmişdi.