Argentinalı hücumçu Lionel Messi dünya çempionatında 25-ci oyununu keçirir.
Hit.Az xəbər verir ki, Cənubi Amerika yığmasının kapitanı DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə oyunda start heyətində yer alıb.
35 yaşlı hücumçu Almaniya millisinin keçmiş müdafiəçisi Lotar Matteusa məxsus dünya çempionatlarındakı oyun rekordunu təkrarlayıb.
PSJ-ni təmsil edən futbolçunun şənbə və ya bazar günü üçüncü yer uğrunda və ya final matçında iştirak edərək bu nailiyyəti üstələmək imkanı var.