Qətərdə keçirilən dünya çempionatı bu gün final oyunu ilə başa çatacaq.
Hit.Az-ın məlumatına görə, DÇ-2022-nin həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.
"Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. "Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.
Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.
DÇ-2022
Final
18 dekabr
Argentina - Fransa 3:3 (Penalti - 4:2)
Qollar: Lionel Messi, 23-pen; 109. Anxel Di Mariya, 36 - Kilian Mbappe, 79-pen; 82; 118-pen.
Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares.
Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Lusail” stadionu.