Fransa prezidenti Emmanuel Makronun ölkə yığmasının ulduzu Mbappeyə məğlubiyyətdən sonra təsəlli verib.
Hit.Az xəbər verir ki, bununla bağlı görüntüləri EPA agentliyi yayıb.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında Argentina millisi Fransa yığmasını penaltilərlə (əsas vaxt 2:2, əlavə vaxt 3:3) məğlub edib və tarixində 3-cü dəfə dünya çempionu olub.