DÇ-2022 elan etdi: Nüsrətin cəzası ağır olacaq - FOTO

İDMAN
23:46 / 22.12.2022
1488

Qətərdə keçirilən dünya çempionatının Fransa və Argentina yığmaları arasında keçirilmiş final oyunundan sonra meydançaya daxil olan türkiyəli tanınmış aşpaz Nüsret Gökçe ilə bağlı tədbir görülməsinə qərar verilib.

Gundem.az  xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb. Məqalədə bildirilib ki, ali futbol qurumu mükafatlandırma mərasimində meydana icazəsiz girən şəxslərin kimliklərini müəyyənləşdirib.

Bundan başqa məlum olub ki, ABŞ “Nusr-Et” brendinin yardıcısı, türkiyəli iş adamı Nüsrət Gökçənin futbolla bağlı açıq kubok mərasimlərinə qatılmasını qadağan edib.

Qeyd edək ki, finalda Fransanı məğlub edən Argentina millisi tarixində 3-cü dəfə dünya kubokunu qazanıb.

0