Nüsrətə daha bir zərbə FİFA-dan gəldi - Araşdırma başladıldı

00:22 / 23.12.2022
2973

Futbol üzrə dünya çempionatının finalında matçdan sonra meydana daxil olan Nusret Gökçenin "başı dərddədir".

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sky Sports" məlumat verib.

Xəbər görə, Argentina - Fransa finalından sonra Nusret Gökçenin kubokla poza verməsi və futbolçularla selfi çəkdirməsi ilə bağlı FİFA araşdırmaya başlayıb.

FİFA Nusret Gökçenin icazəsiz sahəyə girdiyini açıqlayıb.

Nusret Gökçenin, xüsusilə, kubokla verdiyi pozalar və
Messinin ona saymazyana münasibəti gündəm olub və çoxları tərəfindən tənqid edilib.

0