İki rayonunda yeni komandanın yaradılmasına başlandı - FOTO

İDMAN
10:36 / 27.02.2023
1066
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun iştirakı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində Zaqatala və Qax rayonunun müharibə iştirakçıları ilə görüşlər keçirilib.
 
Görüş müharibə iştirakçılarının yer aldığı komandaların yaradılması, bu ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmasını nəzərə alaraq, "Ulu Öndər" Kuboku yarışının keçirilməsi mahiyyəti daşıyıb.
 
Məqsəd bu regionda formalaşdırılacaq yeni kollektivlərin 2023/2024-cü il mövsümündən etibarən Region Liqasına qatılmasıdır.
 
AFFA-nın bayrağı altında keçiriləcək çempionatda mübarizə aparacaq komandalarla bağlı bütün məsələlərə yaxın vaxtlarda başlanacaq.

0