"Qarabağ" - "Qalatasaray" oyununun vaxtı və yeri bilindi

İDMAN
16:55 / 13.03.2023
1272

"Qarabağ" Türkiyənin "Qalatasaray" komandası ilə xeyriyyə oyunu keçirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, görüşün vaxtı və yeri artıq məlumdur.

Belə ki, tərəflər martın 26-da Bakı Olimpiya stadionunda baş tutacaq. 

Qeyd edək ki, ötən ayın əvvəlində Türkiyədə güclü zəlzələlər olub. Fəlakət nəticəsində 48 min nəfərdən çox şəxs həyatını itirib.

1