"Ferentsvaroş" millimizin forvardını istəyir

İDMAN
11:08 / 22.03.2023
1153

Bu qış "Qarabağ"ın hücumçusu Ovusu Kvabenanı heyətinə qatan Macarıstanın "Ferentsvaroş" klubu Azərbaycan təmsilçisinin daha bir futbolçusunu diqqətdə saxlayır.

Fanat.Az-ın məlumatına görə, rusiyalı mütəxəssis Stanislav Çerçesov yaxşı tanıdığı Ramil Şeydayevin komandasını gücləndirəcəyinə əmindir.

Ramilin millinin heyətində bu ay keçirəcəyi matçları da izləyəcək Çerçesov yaxşı şərtlər fonunda sözügedən oyunçunu yanına aparmağı planlaşdırır.

Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Şeydayev hələ də klubunun yeni anlaşma təklifini cavablandırmayıb. 27 yaşlı futbolçunun xidmətində "Neftçi" və iki Rusiya klubu da maraqlıdır.

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsinin ilk iki oyununu səfərdə keçirəcək. Martın 24-də Avstriya yığması ilə qarşılaşacaq təmsilçimiz bundan 3 gün sonra İsveçlə üz-üzə gələcək.

0