Fatih Terim Türkiyə klubunu ala bilər

İDMAN
19:03 / 27.03.2023
738

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim "Bodrumspor" klubunu ala bilər.

70 yaşlı mütəxəssis artıq I Liqa təmsilçisi ilə danışıqlara başlayıb.

"Trabzonspor"un yeni prezidenti Ertuğrul Doğan Terimi baş məşqçi postuna gətirmək istəsə də, bu gerçəkləşməyib.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2021-ci illərdə "Qalatasaray"da, 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə Türkiyə millisində işləyib. "Bodrumspor"un hazırkı rəhbəri Ali Şafak Öztürkdür.

0