“Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu”.
Hit.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Yesper Karlsson Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.
Stokholmdakı görüşün 82-ci dəqiqəsində meydana daxil olan və cəmi 6 dəqiqə sonra cərimə zərbəsindən fərqlənən 24 yaşlı hücumçu mübarizəyə məhz bunun üçün qoşulduğunu etiraf edib: “Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi. Buna görə də, meydana qol vurmaq hissi ilə daxil oldum”.
Qeyd edək ki, Azərbaycanla İsveç arasında Bakıdakı oyun noyabrın 16-da keçiriləcək.