Mahir Emreli zədəsini sağaldıb

İDMAN
19:42 / 28.03.2023
388

Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini sağaldıb.

 “Konyaspor” klubunun hücumçusu bərpa dönəmini artıq geridə qoyub.

Super Liqanın XXVI turunda “Qalatasaray”la oyunda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ matçlarını buraxan 26 yaşlı forvard fiziki çalışmalarını başa vurub.

Futbolçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq. O, Konya təmsilçisinin “Umraniyespor”la qarşıdakı matçına hazır olacaq.

Qeyd edək ki, XXVII turun “Umraniyespor” – “Konyaspor” görüşü aprelin 2-də keçiriləcək.

0