İspaniya "Barselona"sı futbolçusu Serxio Busketsə yeni müqavilə təklif edib.
Hit.az "DirectoGol" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi sözləşməni imzalasa, illik məvacibi 75 faiz azalacaq.
Bu isə o deməkdir ki, hazırkı maaşı 30 milyon avro olan təcrübəli oyunçu yeni müqaviləyə qol çəkdikdən sonra hər mövsüm üçün təqribən 7-8 milyon avro qazanacaq.
Kataloniya klubunun yetirməsi hələlik təklifə cavab verməyib.
Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən "Barselona"nın əsas komandasında çıxış edir.