Arif Əsədov: “Bu hesabla məğlub olduğumuz üçün xalqımızdan üzr istəyirik”

İDMAN
19:12 / 29.03.2023
573

“Bu hesabla məğlub olduğumuz üçün xalqımızdan üzr istəyirik”.

Bunu müsahibəsində futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətlərlə bağlı danışarkən deyib.

53 yaşlı mütəxəssis qeydə alınan nəticələrə görə məyus olduqlarını söyləyib: “Əlbəttə ki, hamımız buna üzülürük. Matçlardan əvvəl favorit sayılmırdıq və heç kim deyə bilməzdi ki, Avstriya və İsveçdən mütləq qalibiyyətlə qayıtmalıyıq. Hamı reallığı başa düşürdü. Bizi üzən hesabın oyuna görə olmaması idi”.

Əsədov İsveçlə qarşılaşmadan sonrakı mətbuat konfransında baş məşqçi Canni De Byazinin “əla futbol oynadıq”, fikrinə də münasibət bildirib. O, bunu komanda daxilində müzakirə etdiklərini vurğulayıb: “Baş məşqçi oyunun hansısa məqamına kimi komandanın əla oynadığını bildirdi. Düşünmürəm ki, bütün matçı nəzərdə tutub. Hansısa dəqiqəyə kimi komanda verilən tapşırıqları yerinə yetirirdi. Qollar buraxılandan sonra komandada eniş yaşandı. De Byazi də eniş anına qədər olan müddəti yüksək qiymətləndirir”.

0