Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliya "Napoli"si ilə yeni müqavilə imzalayacaq.
22 yaşlı hücumameylli yarımmüdafiəçi sözləşməsinin müddətini 2028-ci ilin yayınadək uzadacaq.
Yeni anlaşmaya əsasən, gənc vingerin illik məvacibi 2,5 milyon avro təşkil edəcək. Bonuslarla birlikdə bu məbləğ 4 milyon avroya çatacaq.
Hazırda müqavilənin son detalları müzakirə olunur. Sözləşməyə futbolçunun sərbəstqalma məbləği salınmayacaq. Bununla belə, Neapol təmsilçisinin Kvaratsxeliyanı 2024-cü ildən tez olmayaraq, 100 milyon avrodan aşağı qiymətə satmayacağı bildirilib.
Qeyd edək ki, gürcüstanlı yarımmüdafiəçi 2022-ci ilin yayından "Napoli"də çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.