Mahir Emreli "Konyaspor"da komanda ilə məşqlərə başlayıb

İDMAN
23:15 / 29.03.2023
777

Türkiyə "Konyaspor"unda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli komanda ilə birlikdə məşqlərə başlayıb.

Zədəsini tam olaraq sağaldan 26 yaşlı hücumçu Superliqanın XXVII turunda "Ümraniyespor"a qarşı keçirəcəkləri oyunun hazırlığında iştirak edib.

"Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldikləri XXVI tur görüşündə zədələnən Emreli Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oynadığı qarşılaşmaları buraxıb.

Qeyd edək ki, "Umraniyespor" - "Konyaspor" oyunu aprelin 2-də keçiriləcək.

0