Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanılıb

İDMAN
17:04 / 30.03.2023
706

Türkiyənin "İnegölspor" klubu iki sabiq futbolçusunun oyun alqı-satqısında şübhəli bilindiyi üçün saxlanıldığını açıqlayıb.

Hit.az xəbər verir ki, bunlar qapıçılar Emre Selen və Sercan Çobanoğludur.

Liga 2 təmsilçisi bildirib ki, ötən ilin dekabrında həmin oyunçularla bağlı prokurorluğa müraciət ediblər.

Selen və Çobanoğludan başqa daha üç şübhəli tutulub.

Qeyd edək ki, Sercan Çobanoğlu hazırda klubsuzdur. Emre Selen isə "Sivas Belediye"nin formasını geyinir.

0