Ukraynalı idmançılar Rusiya və Belarusun təmsil olunacağı beynəlxalq turnirləri boykot edəcəklər.
Hit.az xəbər verir ki, müvafiq qərarı Ukrayna Nazirlər Kabineti verib.
Qeyd olunub ki, Ukrayna yığmaları yalnız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verən yarışlarda iştirak edəcəklər.
Əgər federasiyalar bu meyarı pozarsa, ciddi cəzalarla üzləşəcəklər.