İDMAN
16:03 / 31.03.2023
222

Ukraynalı idmançılar Rusiya və Belarusun təmsil olunacağı turnirləri boykot edəcəklər

Ukraynalı idmançılar Rusiya və Belarusun təmsil olunacağı beynəlxalq turnirləri boykot edəcəklər.

Hit.az xəbər verir ki, müvafiq qərarı Ukrayna Nazirlər Kabineti verib.

Qeyd olunub ki, Ukrayna yığmaları yalnız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verən yarışlarda iştirak edəcəklər.

Əgər federasiyalar bu meyarı pozarsa, ciddi cəzalarla üzləşəcəklər.

0