\"Şamaxı\"nın baş məşqçisi: \"Aşağı pillələrdə gərginlik var\"

23:41 / 02.04.2023
623
"Aşağı pillələrdə gərginlik var". Bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis qarşıdakı qarşılaşmalarda rəqibin kimliyindən asılı olmayaraq xal qazanmağa çalışacaqlarını bildirib: "Sonuncu yerlə xal fərqimiz azdır. Futbolçular bu gün verilən tapşırığı layiqincə yerinə yetirdilər. Növbəti qarşılaşmalarda əzmkarlıq göstərərək qələbələr qazanmalıyıq".
0