İlin ilk üç ayında beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub

İDMAN
12:03 / 03.04.2023
688

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ilk üç ayı ərzində beynəlxalq matçlarda ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.

Hit.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Markus Reşford birinci pillədə qərarlaşıb.

26 yaşlı hücumçu klub və yığmada ümumilikdə 16 qola imza atıb.

Cənubi Afrikanın "Mamelodi Sandaunz" komandasında çıxış edən namibiyalı Piter Şalulile, İngiltərə "Mançester Siti"sindən norveçli Erlinq Holann və İtaliya "Napoli"sindən nigeriyalı Viktor Osimhen 15 qolla növbəti pillələri bölüşdürürlər.

Qeyd edək ki, araşdırma martın 31-dək baş tutmuş oyunlara əsasən aparılıb.

0