UEFA prezidenti: "Barselona"nın rüşvətdə ittiham edilməsi çox ciddi məsələdir"

İDMAN
18:51 / 03.04.2023
632

UEFA prezidenti Aleksander Çeferin İspaniyanın "Barselona" klubunun hakimlərə rüşvət verməkdə və oyunların nəticəsinə təsir etməkdə ittiham olunması barədə danışıb.

56 yaşlı sloveniyalı funksioner iki səbəbdən bu məsələyə birbaşa sərh verə bilməyəcəyini söyləyib.

"Əvvəla, bununla bizim müstəqil İntizam Komitəmiz məşğul olur. Həm də bu işin tədqiqinə dərindən getməmişəm", - deyə Çeferin bildirib.

Avropa futbol qurumunun rəhbəri vəziyyətin çox ciddi olduğunu vurğulayıb: "Mən bunu başa düşdüm. Bu, futbolda indiyədək gördüyüm ən ciddi məsələlərdən biridir. "Barselona" cəzalandırılacaqmı və bu işin klub üçün hər hansı bir nəticəsi olacaqmı? Buna cavab verə bilmərəm və vermək də istəmirəm".

Qeyd edək ki, "Barselona" 2001 - 2018-ci illərdə hakimlərə rüşfət verməkdə ittiham edilir.

0