"Mançester Yunayted" futbolçusu ilə müqavilənin müddətini uzadıb

İDMAN
14:26 / 04.04.2023
613

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Luk Şou ilə müqavilənin müddətini uzadıb.

Hit.az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulur.

Qeyd edək ki, ingiltərəli oyunçu 2014-cü ildən Mançester təmsilçisinin formasını geyinir.

0