Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatlarının ən çox mövsümündə qol vuran futbolçuları açıqlayıb.
Siyahıya Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu başçılıq edir.
38 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində fərqlənməklə, 6-cı dəfə qitə birinciliyinin təsnifat və ya final mərhələsində qol vuraraq, yeni rekorda imza atıb. Onu finlandiyalı Yari Litmanen və irlandiyalı Robbi Kin 5 qitə birinciliyində fərqlənərək izləyirlər.