Şarl Lekler: “Uğursuzluğa Azərbaycan Qran Prisində son qoymaq istəyirəm”

İDMAN
23:44 / 05.04.2023
680

“Mövsümün startındakı uğursuzluğa Azərbaycan Qran Prisində son qoymaq istəyirəm”.

Hit.az xəbər verir ki, bunu “Ferrari”nin piloti Şarl Lekler deyib.

İlk üç mərhələdə ümumilikdə 6 xal toplayan 26 yaşlı idmançı uğursuz nəticələr göstərdiyini etdiyini etiraf edib. O, bütün diqqətini Azərbaycan Qran Prisinə yönəldib: “Əvvəldən hər şey tərs getdi, ən pis başlanğıcı etdim. Xalımız çox azdır. İndi üç həftəlik fasilə yaranıb. Mövsüm uzundur, lakin Bakıdakı yarışa qədər toparlanmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprel aralığında keçiriləcək.

0