XXI əsrdə poker edən ən yaşlı futbolçular açıqlanıb

İDMAN
12:20 / 06.04.2023
688

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə poker edən ən yaşlı futbolçuların siyahısını yeniləyib.

Hit.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Paraqvayın "Libertad" klubunda çıxış edən Oskar Kardozo "Serro Portenyo"nu 5:0 hesabı ilə məğlub etdikləri oyunda dörd qol vurub.

Paraqvay millisinin sabiq üzvü 39 yaş 318-ci günündə bunu bacarıb. Kardozo poker edən ən yaşlı ikinci oyunçu olub.

0