Azərbaycan taekvondoçuları Avropa Oyunlarına lisenziya xarakterli turnirə qatılacaqlar

17:12 / 06.04.2023
760

Azərbaycan taekvondo millisi aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək III Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək.

Federasiyadan verilən məlumata görə, baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) yarışda qüvvələrini sınayacaqlar.

Turnirdə hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanacaq.

Bu gün Rumıniyaya yollanan taekvondoçular aprelin 10-da Bakıya qayıdacaqlar.

Qeyd edək ki, Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında Azərbaycanın 7 taekvondoçusunun iştirakı artıq təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

0