İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta korrupsiya qalmaqalı ilə bağlı FIFA və UEFA-ya müraciət edib.
Hit.az "Catalunya Radio" nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı funksioner hər iki quruma məktub göndərib.
Laporta onlardan Kataloniya təmsilçisinə qarşı qərəzdən uzaq durmağı xahiş edib. Klub rəhbəri, həmçinin, özlərini müdafiə etmək üçün danışmaq niyyətində olduqlarını da bildirib.
Qeyd edək ki, "Barselona"nın 2001-2018-ci illərdə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya pul ödədiyi iddia edilir.