Rəşad Sadıqov: "Artıq buraxdığımız qolları şərh etməyə söz tapa bilmirəm"

İDMAN
20:37 / 07.04.2023
688
"Artıq buraxdığımız qolları şərh etməyə söz tapa bilmirəm". Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis matçla bağlı danışmağın çətin olduğunu bildirib: "Əslində hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarından istifadə edə bilmədik. Qapımızda top gördükdən sonra hesabı bərabərləşdirdik. Amma rəqib ani boşluğumuzdan istifadə edib fərqləndi və qələbə qazandı".
0