"Napoli"nin prezidenti Aurelio De Laurentis İtaliya klubunu 2,5 milyard avroya satmaqdan imtina edib.
Hit.az xəbər verir ki, 74 yaşlı funksioner bu barədə "Italian Football TV"yə açıqlamasında bildirib.
Laurentis ötən il ərəb fondunun ona təklif göndərdiyini söyləyib. Neapol təmsilçisinin rəhbəri klubu satmağı düşünmədiyini vurğulayıb.
Qeyd edək ki, "Napoli" hazırda A Seriyasında 74 xalla liderdir. Komanda ən yaxın izləyicisi "Latsio"nu 16 xal qabaqlayır.