Azərbaycanın bədii gimnastı Fransadakı turnirdə daha üç medal qazanıb

İDMAN
14:36 / 10.04.2023
790

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran Pridə daha üç medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, idmançı gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, Ağamirova daha əvvəl çoxnövçülük proqramında da gümüş medala sahib çıxıb.

Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala yiyələnib.

0