Afrikalı hücumçu Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb

İDMAN
15:39 / 10.04.2023
753

"Turan Tovuz"un futbolçusu Runi Eva Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb.

Hit.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.

27 yaşlı forvard cari mövsümdə 12-ci dəfə fərqlənib. O, XXIX turda "Şamaxı" ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.

Afrika təmsilçilərinin daha çox qol vurması sonuncu dəfə 2014/2015 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.

Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. "Qarabağ"ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.

0