Azərbaycan Premyer Liqasında orta hesabla bir oyunda ən çox əks hücuma keçən komandalar bəlli olub.
Hit.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) saytına istinadən xəbər verir ki, ən yaxşı göstəriciyə malik kollektivlər "Sabah", "Qəbələ" və "Kəpəz"dir - 15.
İkinci yerə 5 komanda iddia edir. "Neftçi", "Turan Tovuz", "Sumqayıt", "Şamaxı" və "Səbail"in aktivində hərəyə 14 əks-hücum var.
Üçüncü sırada "Qarabağ" (13) qərarlaşıb. Ən zəif göstərici isə "Zirə"yə məxsusdur - 11.