"Səbail"in yarımmüdafiəçisi Ruslan Hacıyev Sportinfo.az-a açıqlama verib.
25 yaşlı yarımmüdafiəçi Maltada legioner həyatı yaşayacağı ilə bağlı mətbuatda yayılan məlumata aydınlıq gətirib:
"Heç nədən xəbərim yoxdur. Mənimlə kimsə əlaqə saxlamayıb.
Mən də bu barədə mətbuatdan oxumuşam. "Səbail"lə müqaviləm davam edir. Bütün fikirlərimi qarşıdakı oyunlara yönəltmişəm".
Hacıyev bu mövsüm "Səbail"in heyətində 15 görüşdə meydana çıxıb və 1 qol, 3 asistlə yadda qalıb.