İnam Kərimov daha bir vəzifəsindən getdi

İDMAN
18:10 / 12.04.2023
1136

İnam Kərimovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyəti dayandırılıb.

AAAF-dən "Report"a verilən məlumata görə, bu qərar onun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar qəbul edilib.

Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək.

Qeyd edək ki, İnam Kərimov bir neçə gün öncə kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib və Ali Məhkəmənin sədri təyin edilib. O, ötən ilin fevralından bu vəzifədə çalışırdı.

0